Volodin parlamentlərarası komissiyasının yaradılmasını təklif edib


Digərləri 25 İyn 2018 12:29:37 252 0

Volodin parlamentlərarası komissiyasının yaradılmasını təklif edib

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Dövlət Duması və Milli Məclis arasında yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılmasını təklif edib

Bakı. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Dövlət Duması və Milli Məclis arasında yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılmasını təklif edib. Trend-in məlumatına görə, o, bu təklifi Məlli Məclisin sədri Oqtay Əsədovla görüşü zamanı səsləndirib. V.Volodin qeyd edib ki, iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə vermək məqsədilə hər iki ölkənin parlamenti üçün əməkdaşlığın yeni formatlarını inkişaf etdirmək vacibdir: “Bu cür komissiya hər iki ölkənin vətəndaşlarını narahat edən məsələlərlə məşğul olmalı, konkret mövzuları müzakirə etməlidir”. Qeyd edək ki, Vyaçeslav Volodin iyunun 24-25-i Azərbaycanda rəsmi səfərdədir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin