Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qiymətli kağızlar bazarına çıxmaq istəyir


İqtisadiyyat 25 İyn 2018 11:57:51 308 0

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qiymətli kağızlar bazarına çıxmaq istəyir

Sədr: "İnanıram ki, yaxın illərdə bu addımı atacağıq"

"AzərbaycanXəzər Dəniz Gəmiçiliyi" QSC (AXDG) yarandıqdan sonra burada Məsləhət Şurası təşkil edilib vəmən sədr olaraq bu şura qarşısında hesabat verirəm".

"Report" xəbər verir ki, bunu "25 İyun Dənizçi Günü" münasibəti ilə keçirilən tədbirdə AXDG-ninsədri Rauf Vəliyev deyib.

Onun sözlərinə görə, Gəmiçilki bu ilin oktyabr ayındayubileyiniqeyd edəcək: "Oktyabrın 22-də həm 160 illiyimizi, həm də iki qurumun birləşdirilərək AXDG-nin yaradılmasının 5 illiyini qeyd edəcəyik. Biz ortamüddətli hədəf kimi Xəzərdən kənardakı sularda fəaliyyət göstərməyi qoymuşduq. Buna nail olduq. Son hədəfimiz səhmləri dünya birjalarında alınıb-satılan gəmiçilik şirkətinə çevrilməkdir. İnanıram ki, yaxın illərdə bu addımı atacağıq".