Komitə: "Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır"


Digərləri 25 İyn 2018 12:06:18 286 0

Komitə: "Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır"

Biz preventiv tədbirlər görməklə Azərbaycanda sabitliyi, siyasi tarazlığı pozmağa yönəlmiş bütün özbaşına və tamamilə başqa istiqamətdə formalaşan addımların qarşısını alırıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı "Bakı prosesi: dini icmalar və vəzifələr" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan tarixən dünyada multikulturalizmə görə ən örnək ölkə olub və burada heç zaman dini zəmində münaqişə olmayıb:

"Azərbaycanda heç zaman antisemitizm olmayıb. Azərbaycanda yalnız yəhudilər deyil, xeyli etnik qruplar yaşayıb. Nəinki yəhudilərə, heç bir etnik qrupa qarşı pis münasibət nümayiş etdirilməyib. Azərbaycanda qarışıq nikahların olması da bunu sübut edir".