Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu
Digərləri 25 İyn 2018 12:07:00 285 0
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Kürdəmir rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakı.
İyunun 23-də Nərimanov rayonu ərazisində Ucar rayon sakini Emil Həsənlinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-dən Trend-ə verilən məlumata görə, araşdırmalarla piyadanın saat 13 radələrində Z.Bünyadov prospektində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.
Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: az.trend.az