Dünya Bankı: "Azərbaycanda aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir"


İqtisadiyyat 25 İyn 2018 11:47:50 304 0

Dünya Bankı: "Azərbaycanda aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir"

Qurum ölkənin kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini 1,1 mlrd. dollar qiymətləndirir

"Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərrindəLatın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur".

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankı iləbirgə təşkil etdiyi 3-cü Bilik Sərgisidə beynəlxalq maliyyə qurumunun nümayəndəsiCulian Lampietti bildirib.

"Məhsuldarlığı 3 dəfəartırmaq üçün imkanlar var. Bu baxımdan rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür", - o qeyd edib.

Dünya Bankının rəsmisi Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini də açıqlayıb və bu rəqəmin1,1 mlrd. ABŞ dolları olduğunu deyib.

Onun sözlərinə görə, aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir: "Yeni bazarlar barədədüşünmək lazımdır".