BakıTbilisiQars dəmir yolunda daha bir ilk FOTO


Digərləri 25 İyn 2018 11:51:00 309 0

BakıTbilisiQars dəmir yolunda daha bir ilk  FOTO

Bu vaxta kimi konteynerlər vasitəsi ilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklər ilk dəfə olaraq vaqonlarla nəql edilib.

"AzRusTrans" QSC "ADY Express" MMC ilə birgə Rusiyadan Qarsa taxılı, xüsusi taxıldaşıyan vaqonlar (hopper) vasitəsi ilə nəql etməyə müvəffəq olub.

QSC-dən Son.az-a verilən məlumata görə, 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Gürcüstanın Axalkələk stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.


Xəbərə aid fotolar