Komitə: Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır


Digərləri 25 İyn 2018 11:33:00 257 0

Komitə: Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır

Biz preventiv tədbirlər görməklə Azərbaycanda stabilliyi, siyasi tarazlığı pozmağa yönəlmiş bütün özbaşına və tamamilə başqa istiqamətdə formalaşan addımların qarşısını alırıq.

Bakı. İlhamə İsabalayeva - Biz preventiv tədbirlər görməklə Azərbaycanda stabilliyi, siyasi tarazlığı pozmağa yönəlmiş bütün özbaşına və tamamilə başqa istiqamətdə formalaşan addımların qarşısını alırıq. Vəhabilər bunu özləri də gizlətmirlər və açıq şəkildə deyirlər ki, biz hakimiyyətə gələcəyik. Açıq deyirlər ki, sizin bütün malınız-mülkünüz və s. bizə qalacaq. Bu, artıq dini fəaliyyət deyil. Bu, artıq ölkə Konstitusiyasının sarsıdılmasına yönəlib. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı "Bakı prosesi icmalar və vəzifələr" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan tarixən dünyada multikulturalizmə görə ən örnək ölkə olub və burada heç zaman dini zəmində münaqişə olmayıb: "Azərbaycanda heç zaman antisemitizm olmayıb. Azərbaycanda yalnız yəhudilər deyil, xeyli etnik qruplar yaşayıb. Nəinki yəhudilərə, heç bir etnik qrupa qarşı pis münasibət nümayiş etdirilməyib. Azərbaycanda qarışıq nikahların olması da bunu sübut edir".