"Azər Türk Bank" hərbi qulluqçulara güzəştli kreditlər təklif edir


Digərləri 25 İyn 2018 11:26:00 300 0

"Azər Türk Bank" hərbi qulluqçulara güzəştli kreditlər təklif edir

Azər Türk Bank Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə hərbiçilərimiz üçün 25 iyun tarixindən etibarən xüsusi kampaniyaya başlayır.

Bakı. Azər Türk Bank Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə hərbiçilərimiz üçün 25 iyun tarixindən etibarən xüsusi kampaniyaya başlayır. Bank kampaniya çərçivəsində ölkənin güc strukturlarında xidmət edən şəxslərə güzəştli şərtlərlə nağd istehlak kredləri təklif edir. Bankdan Trend-ə verilən məlumata görə, hərbi qulluqçular Azər Türk Bankdan zaminsiz 5.000 AZN-dək, zaminlə 20.000 AZN-dək, 3 aydan 36 ay müddətinə kredit əldə edə bilərlər. Kreditin illik faiz dərəcəsi 18%-dən 22%-dəkdir. Kampaniyanın müddəti 7 iyul tarixində bitir.