BANMın tələbələri yay istehsalat təcrübəsi keçirlər FOTO


Digərləri 25 İyn 2018 11:10:00 389 0

BANMın tələbələri yay istehsalat təcrübəsi keçirlər  FOTO

Hazırda Bakı Ali Neft Məktəbində (BANM) tələbələr hər il olduğu kimi yay istehsalat təcrübəsi keçirlər.

BANM-dan Son.az-a verilən məlumata görə, yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

Ali Məktəbin "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan 125 nəfər tələbəsi Azneft İstehsalat Birliyinin "Bibiheybət" Neft Qaz Çıxarma İdarəsi (NQÇİ), Ə.C.Əmirov adına NQÇİ, H.Z. Tağıyev adına NQÇİ, Abşeron və "28 May" adına NQÇİ-lərində yay istehsalat təcrübələri keçirlər.

"Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan 133 nəfər tələbə isə yay istehsalat təcrübəsini Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərikimya" İstehsalat Birliyində keçirlər.

BANM-ın üçü "Neft-qaz mühəndisliyi", ikisi "Kimya mühəndisliyi" ixtisasında təhsil alan beş tələbəsi isə böyük neft və qaz servis şirkəti olan "Baker Hughes" şirkətində 3 aylıq yay istehsalat təcrübəsinə başlayıblar.


Xəbərə aid fotolar