Şəhriyar səkkizinci oldu


İdman 25 İyn 2018 11:08:00 328 0

Şəhriyar səkkizinci oldu

Şahmat üzrə “Grand Chess Tour” seriyasında daha 1 mərhələ başa çatıb.

Goal.az-ın məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən mərhələ azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov üçün uğursuz alınıb.

Belə ki, rapid növündə 9-cu olan həmyerlimiz blitsdə 8-ci olub. O, 17 oyunda 8,5 xal toplayıb. Nəticədə Məmmədyarov 2 yarışın nəticəsinə əsasən 15,5 xalla Paris mərhələsini 8-ci yerdə bitirib. Bu, həmyerlimizə 15 min dollar qazandırıb. İlk pilləni isə Hikaru Nakamura tutub. 23 xala malik amerikalı 37,500 dollar da irəli düşüb.

10 ən güclü şahmatçının iştirakı ilə keçirilən “Grand Chess Tour”un III mərhələsi avqustun 9-16-da Sent-Luisdə (ABŞ) olacaq.