Bakıda tikinti zamanı ağac kəsən şəxs 2200 manat cərimələndi


Digərləri 25 İyn 2018 10:47:00 373 0

Bakıda tikinti zamanı ağac kəsən şəxs 2200 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, əraziyə baxış keçirilib və məlum olub ki, tikinti işləri aparılan zaman 1 ədəd sərv ağacı kəsilib. Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Seymur İbrahimova ayrıldığı məlum olub.