Dövlət Dumasının sədri: "Rusiya və Azərbaycan parlamentlərinin komitələrinin qarşılıqlı əlaqələrini aktivləşdirmək lazımdır"
Siyasət 25 İyn 2018 10:37:17 274 0
"Regionlararası əməkdaşlıq çərçivəsində 2019-cu ildə birgə konfransın keçirilməsi məsələsini nəzərdən keçirmək lazımdır"
"Report" Rusiya Dövlət Dumasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Şurasının Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfəri çərçivəsində deyib.
O, Azərbaycana bu səfərin yeddinci çağırış Dövlət Dumasının nümayəndə heyəti üçün ilk səfər olduğunu xatırladıb və iki ölkənin parlamentarilərinin ölkə prezidentləri tərəfindən qaldırılmış bir çox məsələləri həll etməli olduğunu bildirib.
"Dövlət başçılarımız kifayət qədər tez-tez görüşür, onlar çox vacib məsələləri, əlaqələrimizin inkişafı ilə bağlı məsələləri müzakirə edirlər. Parlamentlərin vəzifəsi Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında əldə olunan həll yollarının qanuni təminatıdır. Buna görə də, bu, işimizdə pritoritetlərdən biridir" - V.Volodin vurğulayıb.
Dövlət Dumasının sədrinin sözlərinə görə, regionlararası əməkdaşlıq çərçivəsində 2019-cu ildə birgə konfransın keçirilməsi məsələsini nəzərdən keçirmək, eyni zamanda Rusiya və Azərbaycan parlamentlərinin komitələrinin qarşılıqlı əlaqələrini aktivləşdirmək lazımdır.