Uzun saçları Puyola problem yaratdı


İdman 25 İyn 2018 10:15:00 290 0

Uzun saçları Puyola problem yaratdı

İspaniya millisinin və Barcelona klubunun sabiq futbolçusu Karles Puyol İranın IRTV 3 televiziya kanalına buraxılmayıb.

Goal.az xəbər verir ki, bu barədə keçmiş müdafiəçinin özü bildirib. Puyol efirə uzun saçlarına görə buraxılmadığını açıqlayıb. O, xarici görkəminin İran televiziyasında nümayiş olunması üçün məqbul sayılmadığını söyləyib. 

Qeyd edək ki, Karles Puyol IRTV 3 telekanalında Rusiyada keçirilən futbol üzrə dünya çempionatının İspaniya - İran maçının eksperti qismində çıxış etməli idi. Lakin aparıcı Adel Firdovsipur ulduz futbolçunun canlı yayıma gələ bilməyəcəyini deməyə məcbur olub. Daha əvvəl ispaniyalı ulduzun yüksək qonorar tələb etdiyi xəbərləri yayılmışdı.