Bakıda tikinti işləri zamanı ağac kəsimi faktı aşkarlandı - 2200 manat cərimə


Digərləri 25 İyn 2018 10:14:00 226 0

Bakıda tikinti işləri zamanı ağac kəsimi faktı aşkarlandı - 2200 manat cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, əraziyə baxış keçirilib və məlum olub ki, tikinti işləri aparılan zaman 1 ədəd sərv ağacı kəsilib. Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Seymur İbrahimova ayrıldığı məlum olub.