Leonid Slutski: Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi


Digərləri 25 İyn 2018 09:54:00 221 0

Leonid Slutski: Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi

Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi.

Bakı. Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi Moskva-Ankara münasibətlərinin inkişafı üzrə gözləntiləri saxlayacaq. Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski deyib. L.Slutski R.T.Ərdoğanın ədalətli və rəqabətli mübarizədə qalib gəldiyini qeyd edib: "Türkiyədə parlament və prezident seçkiləri azad və demokratik şəkildə keçdi". O bildirib ki, Türkiyə Rusiya üçün mühüm strateji tərəfdaşdır: "Biz birgə səylərlə Suriyada terrorçuluqla mübarizə aparırıq, regionda təhlükəsizliyin təmini üçün addımlar atırıq". Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin