“Azərişıq”: Daşkəsəndə fəaliyyəti dayanmış 3 elektrik xəttindən 2-nin işi bərpa edilib


İqtisadiyyat 25 İyn 2018 09:44:45 364 0

“Azərişıq”: Daşkəsəndə fəaliyyəti dayanmış 3 elektrik xəttindən 2-nin işi bərpa edilib

Səhmdar cəmiyyətin əməkdaşları leysan yağışlarının nəticələrini aradan qaldırır

“Bu gecə Daşkəsəndəkileysan yağışlarınəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təmin edən 3 əsas xətdə problem yaranıb”.

Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq xətlərdən 2-nin fəaliyyəti bərpa edilib.

“Rayonun elektrik enerjisi infrastrukturuna ziyan dəyib. Enerjisi verilişində əsas problemlər Daşkəsənin çayqırağı kəndlərində qeydə alınıb. Əməkdaşlarımız və texnikamız gecədən etibarən hadisə yerinə göndərilib. Onların səyi nəticəsində fəaliyyəti dayanmış 3 elektrik şəbəkəsindən 2-nin işi bərpa edilib. Əsas ziyan dəymiş kəndlərdən olan Xoşbulaq kəndinə elektrik enerjisinin verilişi 2 saata bərpa olunacaq. Qaraqullar qəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır. Təbii fəlakət nəticəsində həmin kəndə gedən yollar bağlandığı üçün mal və texnikamızı əraziyə apara bilməmişik”, - deyə o, qeyd edib.

“Azərişıq” sözçüsü onu daqeyd edib ki, təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yeni dayaqlar gətirilib.