Oğuzda 45 yaşlı kişi intihara cəhd etdi


Digərləri 25 İyn 2018 09:32:00 260 0

Oğuzda 45 yaşlı kişi intihara cəhd etdi

Oğuzda 45 yaşlı kişi odlu silahla özünü güllələyərək intihara cəhd edib.

Son.az APA-ya istinadən xəbər verir ki, iyunun 24-də saat 17.00 radələrində rayonun Baş Daşağıl kənd sakini, 1973-cü il təvəllüdlü Rəsul Abbas oğlu Alməmmədov çiyin nahiyəsindən güllə yarası ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirlib ki, xəstəxananın cərrahiyə şöbəsində müalicəsi aparılan Rəsul Almmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Rəsul Alməmmədov yaşadığı ünvanda sərxoş vəziyyətdə intihar etmək məqsədi ilə özünü güllələyib.