FHN əməkdaşları Daşkəsənə ezam olundu - Sel səbəbindən


Digərləri 25 İyn 2018 09:33:00 280 0

FHN əməkdaşları Daşkəsənə ezam olundu - Sel səbəbindən

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Daşkəsən rayonunda güclü sel nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək üçün rayona ezam olunub.

Bakı. Samir Əli - Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Daşkəsən rayonunda güclü sel nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək üçün rayona ezam olunub. Bu barədə Trend-ə açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev deyib. Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayona ciddi ziyan dəyib: "Nazirliyin əməkdaşları burdadırlar. Hadisə gecə saatlarında olduğundan kəndlərə dəymiş ziyan bilinmir. Dəymiş ziyan müəyyənləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək".