Diaspor gənclərinin I Yay Düşərgəsi təşkil edilir
Digərləri 25 İyn 2018 09:36:00 279 0
Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan Azərbaycan əsilli gəncləri ölkəmizdə bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirmək niyyətindədir.
Bakı.
Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan Azərbaycan əsilli gəncləri ölkəmizdə bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirmək niyyətindədir.
Komitədən Trend-ə verilən məlumata görə, həmin gənclər Komitənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə təşkil etdiyi diaspor gənclərinin I Yay düşərgəsində iştirak edərək görüşmək imkanı qazanacaqlar.
Düşərgədə iştirak üçün qeydiyyat davam edir. Düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilir və arzu edənlər sənədlərini iyunun 30-dək elektron qaydada təqdim etməlidir.
Mənbə: az.trend.az