Nərimanovda yanğın baş verib


Digərləri 25 İyn 2018 09:03:03 279 0

Nərimanovda yanğın baş verib

Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bakı. Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 36 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və bitişik tikilmiş ümumi sahəsi 83 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.