Avtomobil piyadanı vuraraq öldürüb
Digərləri 25 İyn 2018 08:28:00 213 0
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Son.az APA-ya istinadən bildirir ki, avtomobil yolu keçmək istəyən piyada, Qaramusalı kənd sakini, 1940-cı il təvəllüdlü Rüstəmov Nadiri vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az