Gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb


Kriminal 25 İyn 2018 08:22:00 246 0

Gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Qonşusu əvvəlcə onu döyüb

Yardımlı rayonunda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

Son.az report.az-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Təhməzov Turan rayonun mərkəzində qonşusu ilə əlbəyaxa dava edib.

Nəticədə qonşusu onu döyərək bir neçə bıçaq zərbəsi vurub. Yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin yaralının vəziyyəti ağırlaşdığından, qohumları T.Təhməzovu Bakıdakı xəstəxanaların birinə yerləşdirib.