Yük maşını aşıb, sürücü xəsarət alıb


Digərləri 25 İyn 2018 08:19:00 251 0

Yük maşını aşıb, sürücü xəsarət alıb

Astarada "Qazel" markalı yük maşını yoldan çıxaraq aşıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə zamanı sürücü - rayonun Siyaku kənd sakini, 1956-cı il təvəllüdlü Abuzər Hümmətəli oğlu Hümmətov müxtəlif dərəcəli xəsarət alıb.

A. Hümmətov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.