Ərdoğan: "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi"


Dünya 25 İyn 2018 07:28:00 244 0

Ərdoğan: "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi"

Türkiyə bütün dünyaya demokratiya dərsi verdi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Cumhur İttifakı" adlanan blokun tərəfdaşları qarşısında çıxış edərkən deyib.

Ərdoğan qeyd edib ki, 90 faizlik seçici fəallığı çox vacib amildir: "Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəldi".

Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək.