Sevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə... FiLM KİMİ CİNAYƏT


Digərləri 25 İyn 2018 07:21:00 342 0

Sevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə...  FiLM KİMİ CİNAYƏT

Universitet tələbəsi sevgilisini dəfələrlə bıçaqlayıb, ölmədiyini görəndə yastıqla boğub.

Son.az xəbər verir ki, hadisə Türkiyənin Burdur vilayətində baş verib.

Məlumata görə, birinci kurs tələbəsi Furkan Kaya 17 yaşlı sevgilisi Aytən Kəkliyi öldürmək məqsədilə evinə çağırıb. Daha sonra bir həftə əvvəldən planladığı şəkildə qızı sinəsindən dəfələrlə bıçaqlayıb. Nəfəs aldığını görəndə isə yastıqla boğaraq öldürüb.

Hadisə ilə bağlı həmin binada yaşayan tələbələr polisə məlumat verib.

F.Kaya isə boynunu və biləklərini kəsərək intihara cəhd edib. Bir müddət xəstəxanada müalicə alandan sonra ifadə verib. Hakimi uşağa qarşı əvvəldən planlaşdırılmış şəkildə canavarcasına və əziyyət çəkdirərək öldürmə maddəsi ilə ağırlaşdırılmış cəza veriləcəyini açıqlayıb.

O, məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.