Kişilər o qadınlara xəyanət etmir ki, onlar... əməkdar artistlə MÜSAHİBƏ FOTO


Şou-biznes 25 İyn 2018 05:30:00 370 0

Kişilər o qadınlara xəyanət etmir ki, onlar...  əməkdar artistlə MÜSAHİBƏ  FOTO

"Tənhalıq insanın özü ilə səmimi söhbətidir. Həqiqəti üzə çıxartmaq üçün tək qalmaq yaxşı mənada həmişə lazımdır, depressiyada isə müsbət deyil".

Son.az bildirir ki, bu sözləri əməkdar artist Tünzalə Ağayeva publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarına cavab verərkən deyib.

Azərbaycan şou-biznesində bənzərsiz səsi, yürütdüyü musiqi siyasəti və sənət strategiyası ilə seçilən Tünzalə Ağayevanın cavablarını təqdim edirik:

- İndiki ağlım olsaydı...

- İndiki ağlımdan məmnunam. Səhvlər təcrübəmdir, etdiyim heç bir hərəkətdən peşman deyiləm.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Dünyanı dəyişmək üçün gərək özümü dəyişim. Özümə gücüm çatar, amma başqasına yox.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Ailəni quran xanımdır. Qadın elə bir müdrik məxluqdur ki, istəsə, ailə siyasətini elə qurar ki, həyat yoldaşı ona heç vaxt xəyanət etməz. Sözsüz ki, qarşılıqlı sevginin olması vacib amildir. Ailənin təməli qarşılıqlı hisslər üzərində qurulub və bu sevgini yaşadan qadından çox şey asılıdır. Əgər qarşı tərəf onu həqiqətən də sevirsə, heç vaxt başqasını düşünməz. Yox, əgər münasibətlər sünidirsə, o ailədə hər zaman xoşagəlməz hallar yaşanacaq.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Həssaslıq, müdriklik, səbir, təmkin, ağıl və düzgün münasibət qurmağı bacarmaq sevilən xanım olmağın şərtlərindən bir neçəsidir. Qadın bir çox məsələlərdə kişilərdən dözümlüdür. Dözümlü dedikdə əziyyətləri və təcavüzləri nəzərdə tutmuram, sağlam münasibətdən söhbət gedir. Tərəflər bir-birini olduğu kimi sevsələr və qəbul etsələr, onda sevgi ölmür, münasibətlər isə uğurlu alınır.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- İndividual məsələdir. Mən yaşımı gizlətmirəm, 1976-cı il təvəllüdəm və bunu hamı bilir. Hesab edirəm ki, yaşını gizlətməyə çalışmaq kompleksdən irəli gəlir. Qadın gözəlliyi rəqəmlərlə deyil, onun baxımlı olması ilə ölçülməlidir. Fərqi yoxdur ki, qadının neçə yaşı var. Onun üzdə olan təravəti öz üzərində nə qədər çalışdığını, özünə baxdığını göstərir.

- Qadına qarşı şiddət...

- Təbii ki, belə xəbərlər eşidəndə böyük qəlb qırıqlığı, üzüntü və aqressiya hiss edirəm. XXI əsrdə yaşayırıq, niyə belə cahillik hələ də davam edir? Niyə əks-tərəf öz gücünü qadına əziyyət verməklə təsdiqləyir. Güc qadını döyməkdə deyil. Kişinin gücü qadını qoruyan zaman bəlli olur.

- Tez-tez təəssüf edirəm ki...

- Nələrisə vaxtında yerinə yetirmədiyim və tənbəllik etdiyim üçün təəssüflənirəm. Təbii ki, haqsızlıqlara, insanlardan xoş münasibət görməyəndə, günahsız uşaqların göz yaşlarına, onların müharibələrdə ölməsinə, xəstəliklərin yayılmasına və şüurlu şəkildə edilən pisliklərə üzülürəm.

- Vanqa nənə ilə görüşsəydim...

- Heç nə soruşmazdım.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Çalışmışam ki, həyatda heç kimlə düşmənçilik etməyim. Ola bilər ki, nə zamansa kimsə məndən nə isə umub və ya qəlbini qırmışam. Əlbəttə istəmərəm ki, kimsə məndən incisin. Lakin inciməyin də həddi var, bəzən o həddi aşırlar.

Həqiqətən də xəta məndədirsə, rahatlıqla qəbul edirəm və üzr istəyirəm. Bu mövzuda eqom yoxdur. Həmişə çalışıram ki, səhvimi kimsə mənə deyənə qədər özüm görüm. Təbii ki, hamıda olduğu kimi, məndə də ehtiyatsızlıq olur. Lakin o, insan sənin elədiyin o qədər yaxşılığı görməyibsə, sənin boyundan çox şey gözləyibsə və küsübsə, deməli, sən yanlış adama yaxşılıq etmisən. Ya da küsən insan məndən yanlış dozada nə isə gözləyib.

- Vicdan...

- Lev Tolstoyun da dediyi kimi, vicdan Allahın daxilimizdəki səsidir, insanların həyatının doğru yol göstəricisidir. Hətta dünyanın ən savadlı alim və akademikləri vicdanlı deyilsə, onların biliyi yaxşılığa xidmət etmir.

Tünzalə Ağayeva hər zaman çalışıb ki, insanlara qarşı vicdanlı olsun. Hər halda bu barədə məni tanıyanlar danışsa, daha məqsədəuyğun olar.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...


Xəbərə aid fotolar