Yardımlıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb


Sosial 25 İyn 2018 05:28:00 353 0

Yardımlıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Qonşusu əvvəlcə onu döyüb

Yardımlı rayonunda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Təhməzov Turan rayonun mərkəzində qonşusu ilə əlbəyaxa dava edib.

Nəticədə qonşusu onu döyərək bir neçə bıçaq zərbəsi vurub. Yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin yaralının vəziyyəti ağırlaşdığından, qohumları T.Təhməzovu Bakıdakı xəstəxanaların birinə yerləşdirib.

Faktla bağlı Yardımlı rayon Polis şöbəsində araşdırma aparılır.