Məşhur professordan İNANILMAZ SÖZLƏR: "Hamilə qadınlar hər gün..."


Digərləri 25 İyn 2018 03:30:00 330 0

Məşhur professordan İNANILMAZ SÖZLƏR: "Hamilə qadınlar hər gün..."

Türkiyəli kardiloloq və professor Canan Karatay hamilə qadınlara gündə 10 ədəd kənd yumurtası yeməyi məsləhət görüb.

Son.az xəbər verir ki, həkim növbəti dəfə hamiləlik haqqında açıqlaması ilə hər kəsi təəccübləndirib.

Ürək və daxili xəstəliklər üzrə ekspert hesab edir ki, hamilə qadın bir ayda 3 kq kökəlməlidir: "Hamilə və süd verən qadınlar hər gün 10 kənd yumurtası yeyə bilər. Yumurta onlara kömək edir ki, sinir sistemi özünü toplasın və hamiləlikdən sonra sağlam şəkildə arıqlasınlar".

Canan Karatay onu da əlavə edib ki, 10 ədəd yumurtanı əlbəttə bir dəfəyə deyil, gün ərzində, müxtəlif vaxt intervallarında yemək lazımdır. Söhbətinə dünyadan nümunələr verərək davam edən Karatay Çində hamilələrin və əmizdirən anaların də gündə 10 yumurta yediklərinin vurğulayıb.

Karatay yalnız analar üçün deyil, uşağın beyin inkişafı üçün də yumurtanın vacib olduğunu dilə gətirib: "Hamiləlikdə şəkərdən mütləq uzaq durun. Atam şəkər xəstəsi idi, anam bizə uşaqlığınızdan bəri çayı və qəhvəni şəkərsiz içirərdi. Mən də uşaqlıqdan şəkərsiz böyümüşəm. Şəkər lazımlı qida deyil. Deyildiyi kimi, beyin şəkərlə qidalanmır. Əksinə şəkər bir çox xəstəliyə zəmin hazırlayır. Bu gün Altsheymer xəstəliyinə beynin 3-cü tip şəkər xəstəliyi deyilir.