Yoqurt milyarderi Hamdi Ulukayanın həyat hekayəsi


Digərləri 24 İyn 2018 23:55:00 351 0

Yoqurt milyarderi Hamdi Ulukayanın həyat hekayəsi

Hamdi Ulukaya Türkiyədəki Kürd fermerlər ailəsində dünyaya gəlib və iyirmi il sonra ingilis dilini öyrənmək və müvəffəqiyyət qazanmaq üçün Amerikaya köçür. Beş il ərzində şans və əzm nəticəsində Chobani  yoqurt istehsalı üzrə böyük marka yaratmağa və amerikalıların vərdişlərini dəyişdirməyə nail olmuşdur. (2018 il üçün Ulukayanın sərvəti -1,77 milyard dollar). Fəaliyyətə başlandığı vaxtdan sahibkar gəlirlərinin 10% -ni xeyriyyəçiliyə yönəldib. Suriyadakı müharibə və Türkiyə sərhədindəki milyonlarla qaçqın ilə əlaqəli böhran ona şəxsən toxundu. 2014-cü ildə Ulukaya qurbanlara kömək məqsədilə 2 milyon dollar, 2015-ci ildə isə sərvətinin yarısını - 750 milyon dollar ayırır. "Secret" sahibkarın həyat hekayəsini təqdim edir.

Köçmə mərhələsi

Son.az bizplus.az-a istinadən bildirir ki, dünyada yoqurt istehsalı üzrə ən böyük şirkətlərdən biri olan Chobani-nin qurucusu Hamdi Ulukaya Nyu-York əyalətində iki Alman avçarka cinsli iti ilə yaşayır. O, Chobani stəkanlarını açır və itlər dadlı yoqurtun üstünə atılırlar. "Hər bankanı çıxardığımda, onlar dəli olurlar",- deyə Ulukaya gülümsəyir.

1994-cü ildə Ankara Universitetində Politologiya Fakültəsini bitirdikdən sonra ABŞ-a köçür. Onun valideynləri - Türk kürdləri - Türkiyənin şimal-şərqində kiçik süd fermasının sahibi idilər, pendir və yoqurt satışı ilə məşğul olurdular. Uşaqlıqdan Ulukaya onlara bu işdə kömək edib və Ştatlara köçdükdə fermaya işçi kimi düzəlir.

Bir gün atası onunla qalır və oğlunu Türkiyədə çox sevilən Yunan pendirinin satışı üzrə ixtisaslaşan şəxsi zavodunu açmağa razı salır. 2002-ci ildə Ulukaya Euphrates markası altında feta pendirini istehsal etməyə başlayır, bu şirkət bu gün də mövcuddur. O xatırladır ki, zavodun açılışından ilk iki il onun həyatının ən çətin illəri olur - istehsal daimi xərc və zəhmət tələb edirdi.

Jurnalistlər Ulukayanı  xarizmatik və xoş bir insan kimi təsvir edirlər: qalın qara saçlar, zeytunrəngli dəri, həmişə həmsöhbətin gözünə baxır. O, 42 və ya 43 yaşındadır - doğum tarixi dəqiq bilinmir, Ulukayanın valideynləri köçəri həyat tərzi sürüb, uşaq dağlarda anadan olduğu səbəbindən doğum ilini də vaxt keçdikcə unutmuşdular. Ulukayanın əyninə geyindiyi cins və qolunda gəzdirdiyi Türk uğur simvolu olan mavi gözlü kiçik bir qırmızı bilərzikdir. O, bahalı, lakin dəbdəbədən uzaq , bir təpənin üstündə yerləşən möhtəşəm bir evdə yaşayır, baxdığınızda Katskill dağları görünür. Bura, hər şeyin başlanğıcı olan, birinci Chobani  fabriki yaxınlığında yerləşir.

Satışa qoyulan fabrika

Bir dəfə Ulukaya poçt qutusunda Kraft yoqurt zavodunun satışına dair bir reklama rast gəldi. Vərəqi zibil qutusuna atır, lakin bir an düşündükdən sonra onu oradan götürür. Ağlına zavodun alınması fikri gəlir. Növbəti gün fabrikə baxmağa yollanır. 1920-ci ildə inşa edilmiş fabrika dağılmış vəziyyətdə idi, bir tərəfdən baykerlər barı, digərində isə - qəbiristanlıq. Lakin bu Ulukayanı çaşdırmadı - düşünürdü ki, Amerikada uşaqlığından adət etdiyi, kifayət qədər keyfiyyətli yoqurt (qatıq) çatışmazlığı var, indi isə o bu cür yoqurtu istehsal edə biləcək. Nəhəng şirkətlər - Pepsico, Coca-Cola, Kraft və s. - zərərli fastfud satırdı və amerikalıların bunu doğurdan da istehlak etmək istədiklərini düşünürdü, Ulukaya isə sağlıqlı qidanın dadlı və əlverişli olduqdan sonra mütləq seviləcəyinə inanırdı.

Bir gün evə gedərkən Ulukaya biznes məsləhətçisinə müraciət etdi. Onun sözlərinə görə, belə bir alış-veriş pis bir fikirdir. Birincisi, avadanlıqların necə işləyəcəyini heç kim bilmir. İkincisi, Kraft zavodunun satıcısı  müvəffəqiyyətli şirkətdir - o aktivi ilə boş səbəbdən ayrılmır. Üçüncüsü, ümumiyyətlə bu zavodu almaq üçün pulu haradan tapmalı, demək olar ki, bir milyon dollara başa gəlir. Son sual Ulukayanı da narahat edirdi. O, kiçik biznes proqramı üçün yerli hakimiyyət orqanlarından kredit almağa qərar gəlir.

Sövdələşmə baş verdikdən sonra Kraftın beş köhnə işçisini işə götürür və zavodu bərpa etməyə başlayır. Hər şeydən əvvəl divarlar boyanır. Tezliklə bu işə reseptlərin tərtibatı ilə məşğul olan Mustafa Doğan da qatılır. Yoqurtun tekstura və dadlarının yüzlərlə fərqini sınaqdan keçirdir. Lazım olan tərkib və qatılığda yoqurt hazırlamaq üçün fabrikada çatışmayan 1 milyon dollarlıq bir maşın lazım olur. Ulukaya işlənmiş texnikanı Visconsin əyalətində tapır və yiyəsini onu 50 min dollara satmağa razı salır. Yolda ağlına Chobani adı gəlir -bu dan türk dilindən çoban deməkdir.

Yoqurtun ilk  xətti adi yunan, vanilli, çiyələkli, şaftalı və qaragilə tamı ilə hazırlanmışdır. Ulukaya marketinqə pul xərcləmək istəmədi, məhsulunu böyük ötürücülüyü olan məşhur supermarketlərə təklif etdi. Bu sahəsə yaxın rəqibi - yunan istehsalçısı Fage - yoqurtlarını xüsusi marketlərə yerləşdirirdi. Bundan əlavə, onlar daha baha satılırdı. Ulukaya zəfərin iki amil olacağına əmin idi: aşağı qiymət və əlverişli yerləşdirmə. Əvvəllər şirkətlər mallarını yerləşdirmək üçün marketlərə on minlərlə dolları pul yatırırdılarsa, Ulukaya yalnız satışdan sonra pul ödəməyi razı saldı, çünki pulu yox idi. Xoşbəxtlikdən, onun gözləntiləri reallaşdı - yoqurt rəflərdən tez itməyə başladı.

2007-ci ilin oktyabr ayında Chobaninin ilk yoqurt qutularını Long İslanddaki bir mağazaya çatdırdı. Yoqurt elə sürətlə satıldı ki, eyni həftədə yeni bir partiya gətirməli oldu. Tezliklə o, açıq qablarda yoqurt tədarükünə başladı, belə ki alıcılar yerində dadına baxıb ala bilsinlər. "Adətən start-ap məhsulun tədarükünə başlayanda onun istehlakçılar tərəfindən necə alınacağına baxırlar. Bizdə belə bir şey olmadı. Chobani ShopRite-ə daxil olduqdan bir neçə həftə sonra sifarişlərimiz artdı. Anladıq ki, kifayət qədər yoqurt istehsal etməliyik ",- deyə sahibkar xatırlayır. 2009-cu ilin ortalarında kompaniya həftədə 200 min qutu satırdı.

Yeni imkanlar