Yapon biznesmen “Toyota Motor Korporasiya”sını necə yaratdı?


Digərləri 24 İyn 2018 23:40:00 344 0

Yapon biznesmen “Toyota Motor Korporasiya”sını necə yaratdı?

"Toyoda Avtomatik Təzgahları"nın yaradıcısı və "Toyota Motors"ın CEO-su (baş icraçı direktoru) Sakichi Toyodanın oğlu olan Kiichiri Toyoda iyunun 11-i 1984-cü ildə Yaponiyanın Aichi Prefecture şəhərində anadan olub.

Onun atası Sakichi Toyoda və anası Tam, ailə "Tekstil Toxuma Dəzgahları Fabriki" sahəsində biznes qurub və bu biznes müasir zamandakı beynəlxalq manufaktura dəzgahları olan şirkət sayılıb.

O, "Takashimaya" mağazalar şəbəkəsinin ortaq yaradıcısı olan Hatajo Shinshichinin qızı Lida ilə evlənməyi planlaşdırıb. Amma II Dünya Müharibəsinin başlaması, həm ailəyə, həm də onun biznesinə təsir edib. Belə ki, müharibə ilə bağlı olaraq uşaqlarının təhsili vətəndaş basqıları ilə gecikdirilib və onun yeganə işi yapon ordusu üçün yük maşını istehsal etmək olub. Bu, imperatorluq tərəfindən ailə qarşısında qoyulan məcburiyyət idi.

Son.az facemark.az-a istinadən bildirir ki, "Toyoda Avtomatik Dəzgah Maşınları" mühəndislik manufakturası şirkəti olub və əsası 1926-cı ildə Sakichi Toyoda tərəfindən qoyulub. O, eyni zamanda "Toyota Sənayeləri Korporasiyası"nın qurucusudur.

Kiichiro, Tokio universitetində mühəndislik oxuyub, sonra İngiltərəyə səyahət edib, orada "Platt brothers and Company"də işləyib. Həmin şirkət o dövr üçün qabaqcıl tekstil maşınqayırması sahəsində öndə gedən şirkət hesab olunub. O, daha sonra ABŞ-a gələrək burada Amerikan manufaktura texnikalarını öyrənib. Yaponiyaya qayıtdıqdan sonra atasının "Toyoda Sənaye Korporasiyasi"nda dəzgahqayırma biznesində işləməyə başlayıb. Həmin dövrdə biznesmen darama cihazını patentləşdirməyi bacarıb. O, avtomatlaşdırma işlərinə idxal olunan motosikletin sökülməsi və yenidən yığılması ilə başlayıb. Qısa müddətdən sonra isə o başa düşürdü ki, əslində kömürlə işləyən mühərrik yaratmaq mümkün ola bilər.

Atasının ölümündən sonra o, "Toyoda" sənayesinin yeni başçısı, övladlığa götürülmüş qardaşı Risaburo Toyodanı avtomatlaşdırma araşdırması üçün maliyyə ayırmağa razı salıb.

Kiichiro Toyoda yeni "Chevrolet" alıb. Daha sonra isə Yaponiyanın ən yaxşı mühəndislərini avtomobilin bir qismini sökmək və yenidən yığmaq üçün gətirib. 1934-cü ilə Toyoda və onun komandası ilk benzin mühərrikini hazırlamağa nail olub.