Qiyamət günü ancaq insanlar hesab verəcəklərmi?


Digərləri 24 İyn 2018 23:45:00 338 0

Qiyamət günü ancaq insanlar hesab verəcəklərmi?

Əgər Quran ayələrinə nəzər salsaq, görərik ki, Qiyamət günü hesab verən məxluqlar, tək insanlar olmayacaqdır. Onlardan biri də cinlər olacaqdır. Çünki cinlər də insan kimi təklif sahibidirlər. Onlar da mömin və kafir olur, dindar və dinsiz olurlar.

Onlar da insanlar kimi dini göstərişləri yerinə yetirməli və Allaha ibadət etməlidirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də onların da cənnətlik və cəhənnəmlik olanlarını müəyyən etmək üçün Qiyamət günü hesabları olacaqdır.

"Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam". ("Zariyat" 56).

Qurani-Kərim səma kitabı olduğu üçün insanlara xitab etdiyi kimi, cinlərə də xitab etmiş və onlara da doğru yolu göstərməyə çalışmışdır. (Tebyan)

"De: "Şübhəsiz, əgər insan və cin tayfası bu Qur'anın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır)"". ("İsra" 88).