Telefonsuz işləyən simsiz qulaqlıq


Digərləri 24 İyn 2018 23:15:00 259 0

Telefonsuz işləyən simsiz qulaqlıq

Həm smartfonlarla işləyən, həm də öz üzərində olan MP3 xüsusiyyəti ilə işləyə bilən simsiz qulaqlıq Juo Sport Bassı araşdırdıq.

Son.az deyerler.org-a istinadən bildirir ki, keçmişin məşhur məhsulları olan audio-pleyer kimi bir çox məhsulu yox edən smartfonlar, təqdim etdiyi asanlıqlarla uzun bir müddət əvəzedilməz cihaz oldular. Daha sonra Apple, Google kimi böyük firmaların 3.5mm qulaqlıq girişini telefonlarından çıxarmağa başladıqlarını gördük. O zamanlar çox da məşhur olmayan simsiz qulaqlıqlar, son dövrdə diqqət cəlb etməyə başladı. Bir çox insan kabelli qulaqlıqlardan istifadə edərkən, bəziləri də simsiz qulaqlığın rahatlığını üstün tutur. İndi isə, bir telefona ehtiyac duymadan da işləyə bilən bluetooth simsiz qulaqlığı tanıyaq.