Mingəçevirdə iki maşın toqquşub, 2 nəfər xəsarət alıb


Digərləri 24 İyn 2018 23:03:00 256 0

Mingəçevirdə iki maşın toqquşub, 2 nəfər xəsarət alıb

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şirkətə məxsus "Ford" markalı yük mikroavtobusu Samux küçəsində "Fiat"la toqquşub.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.Yaralılar - 1991-ci il təvəllüdlü Ağdam rayon sakini Azərli Əkbər Azər oğlu və 1982-ci il təvəllüdlü Kərimov Zaur Fikrət oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.