Saatlıda “Qazel” ilə motosiklet toqquşub


Digərləri 24 İyn 2018 23:04:00 322 0

Saatlıda “Qazel” ilə motosiklet toqquşub

Qəza nəticəsində iki nəfər xəsarət alıb

Saatlı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, axşam saatlarında şəhərin "Proyezd" adlanan ərazisində "Qazel" markalı avtomobillə motosikletin toqquşması nəticəsində ikincidə olan rayonun Naharlı kənd sakinləri - 1999-cu il təvəllüdlü Həsənov Xaqani Arif oğlu və Rzayev Daşqın Vəkil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra X.Rzayevin vəziyyəti ağır olduğundan o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.