Yalanın tövbəsi nədir?


Digərləri 24 İyn 2018 22:45:00 270 0

Yalanın tövbəsi nədir?

Yalanın çoxlu növləri vardır. O cümlədən: dillə deyilən, yazı ilə yazılan və əməllə edilən.

Dillə deyilən yalanı çoxumuz hər gün edirik. Yəni, qəflət edərək, dilimizlə yalanlar deyirik. Ona görə də Məsumlarımız (ə) buyurur ki, dilini kontrol et, çünki cəhənnəm əhlinin çoxu məhz dilinə görə ora düşmüşdür.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəzən yalan yazı vasitəsilə olur. Belə ki, mağazanın üzərində yazırlar ki, qiymətlər yarıya düşmüşdür və yarı qiyməti ilə satılır. Ancaq əgər həqiqəti aşardırsaq görərik ki, cəmi 20 % endirim etmişdir.

Yəni, bunu doğru demək belə çətindir? İnsanları bu yazı ilə aldadırlar.

Bəzən də bir satış malının üzərinə yazılır ki, qiyməti 100 manatdır. Sonra üzərindən xətt çəkib yazılar ki, 80 manatdır. Yəni demək istəyir ki, başqaları yüz manata satdığı şeyi, mən 80 manata satıram. Yaxud, əvvəl 100 manata satdığım şeyi, indi 80 manata satıram. Əgər həqiqətdə belə deyilsə, bu əməl yalan hökmündə gedir.