Bülletenlərin 78,11%-i hesablandıqdan sonra Ərdoğan 54,58% səs toplayıb


Digərləri 24 İyn 2018 22:09:22 262 0

Bülletenlərin 78,11%-i hesablandıqdan sonra Ərdoğan 54,58% səs toplayıb

İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 54,58 faiz səs toplayıb.

Bakı. Rufiz Hafizoğlu - İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 54,58 faiz səs toplayıb. Bu barədə Trend Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) istinadən xəbər verir. YSK bildirib ki, hazırda səslərin 78,11%-i hesablanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 29,71% səs, yeni qurulan «İyi parti»nin namizədi Meral Akşener 7.48%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş - 7,12%, “Səadət" partiyasının (SP) namizədi - Temel Karamollaoğlu 0,91% və "Vətən" partiyasının namizədi - Doğu Perinçek 0,20% səs toplayıblar. Məlumatda həmçinin qeyd olunur ki, seçkilərdə həmçinin "Milli Birlik" (Cumhur İttifakı) adlı blok (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası [MHP]) 56% səslə liderlik edir.