Haqqı gizlətmək niyə böyük şirk sayılır?


Digərləri 24 İyn 2018 21:45:00 327 0

Haqqı gizlətmək niyə böyük şirk sayılır?

(Ayətullah Möhsün Ərakinin əxlaq dərslərindən)

"Haqqı isbat etmək bəyan dili ilə olduğu üçün, onu gizlətmək olmaz və belə gizlətmək - qarşı tərəfə edilən ən böyük zülm hesab olunur. Ona görə də əgər bu zülm Allahın haqqına görə edilərsə - şirk hökmündədir.

Allahın biz bəndələrin üzərində haqqı böyükdür və bu haqlardan biri də haqqı bəyan etmək və ədaləti bərpa etməkdir. Bu, elə haqdır ki, qalan haqlar ondan qaynaqlanır və güc alırlar. Əgər Allaha itaət haqqını inkar etsək və qəbul etməsək - qalan heç bir haqqı isbat edə bilmərik.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də ən pis zülm və şirk haqqı gizlətməkdir, xüsusilə də Allahın haqqına aid olan həqiqəti.

Allah Təala Qurani-Kərimdə buyurur: "Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir". ("Ali-İmran" 18).

Bu ayədən də göründüyü kimi, bütün varlıqlar Allahın haqq olduğuna şəhadət verirlər və onu gizlətmək əlbəttə ki, Allaha edilən ən böyük zülm olar.