Yeni Lexus ES Çində təqdim edilib FOTO


Digərləri 24 İyn 2018 21:30:00 347 0

Yeni Lexus ES Çində təqdim edilib  FOTO

Pekin-2018 avtosalonu çərçivəsində yeni sedan Lexus ES-in debütü olub. O, 7-ci nəsildir. Avtomobil daha dəbli və müasir eksteryer dizaynı, o cümlədən çoxlu sayda innovativ həllər və F-Sport variasiyası alıb.

Son.az auto.az-a istinadən bildirir ki, yeni sedan Lexus ES-in rəsmi şəkilləri debütdən əvvəl peyda olmuşdu. Bu şəkillərdən görünürdü ki, avtomobilin eksteryerinin dizaynında LS və LC modellərinin üslub həllərindən istifadə edilib.

Şirkət avtomobilin dizaynını təxribatçı gözəllik adlandırırlar. Yapon markasının nümayəndələri bildiriblər ki, Lexus ES daim gözəl sedan olub. Biz yeni nəsil modelə dizayn elementləri əlavə etmişik ki, onlar ənənəvi müştərilərə çağırışdır.

Yeni dizayn sayəsində sedan Lexus ES daha füsunkar, aqressiv və idmansayağı alınıb. Avtomobilin qabaq hissəsində fantastik təsvirli yeni radiator barmaqlığı peyda olub. bundan əlavə, eksteryerin dizaynında xromdan istifadə edilib.


Xəbərə aid fotolar