İntihar Allahın binasını yıxmaqdır


Digərləri 24 İyn 2018 21:40:00 274 0

İntihar Allahın binasını yıxmaqdır

Qurani-Kərimdə intihar yasaqlayan ayələr var:

- Özünüzü öldürməyin;

- Allah-Taala bəndəsinə onun çəkə bilməyəcəyi yükü yükləməz;

- Sizin üçün xeyirli bildiyiniz bir çox şeylərdə sizin üçün zərərlər, zərərli bildiyiniz şeylərdə də faydalar var;

- Günahınız yerlə göyün arasını dolduracaq qədər olsa belə, Allahın mərhəmətindən ümidinizi kəsməyin...

Son.az yeniavaz.az-a istinadən bildirir ki, cana qıymaq İslamda ən böyük günahlardan biridir. Öz canına qıymaq isə başqasını öldürməkdən daha ağır günahdır. Peyğəmbərimiz Həzrəti Muhamməd intihar etmiş bir səhabənin cənazə namazını qılmayıb.

Allah-Taala heç bir çiyinə çəkə bilməyəcəyi yükü yükləməz.

İntihar - Allah-Taalanın mərhəmətinə inanmamaqdır, imtahana qarşı dözümsüzlükdür, səbirsizliksir. İstər Quranda, istərsə də hədisi-şəriflərdə elə bir məqam göstərilməyib ki, həmin məqamda intihara bəraət olsun.

Peyğəmbərimiz bir hədisi-şərifində belə buyurur: özünü boğaraq öldürən şəxs cəhənnəm üçün boğmuş olur.

Özünü vuraraq öldürən cəhənnəm üçün vurmuş olur.

Bəzən insan çox ağır, çıxılmaz vəziyyətə düşdüyünü zənn edir, amma unuduruq ki, çıxılmaz hesab etdiyimiz o durum da ötəridir.