Zehninizi yormadan işləmək üçün


Digərləri 24 İyn 2018 21:25:00 368 0

Zehninizi yormadan işləmək üçün

Beynimiz müntəzəm işləyən bir aparatdır. Yatdığımızda belə gün ərzində yaşadıqlarımızı, növbəti gün edəcəklərimizi və beynimizi yoran proyekti/imtahanı/testi düşünürük. Bu səbəbdən dolayı beynimizin yorğun olması və xəta etməsi çox normaldır. Beynimizin yorğunluğunu əngəlləyəcək bəzi məsləhətlərlə tanış olun.

1. Qidalanmağa diqqət et.

Son.az moneta.az-a istinadən bildirir ki, qidalanma həyatımızın hər anına təsir edən bir fəaliyyətdir. Sağlamlığımız, bədənimiz, beynimiz, hərəkətlərimiz... Səninlə bağlı olan hər şeydə qidalanmanın izini görə bilərsən. Dr. Heather Moday normal qidalanma və bəzi qaydalara riayət edilməsi nəticəsində beyin yorğunluğunun qarşısını almağın mümkün olduğunu bildirir.

Gün ərzində qəbul etdiyin şəkər, yağ və zülal nisbətinə diqqət edərək beynimizin məhsuldarlığını artıra bilərik. Bu məsələdə beynimizin ehtiyac duyduğu MCT (Medium-chain triglycerides - Orta Zəncirli Triqliserid) ən çox kokos yağında olur.

Qidalanma beyin yorğunluğu ilə bağlı olduğu kimi streslə də bağlıdır.

2. Beynin dinlənməsinə imkan ver.