Rusiyaya getmək istəyənlər, əliniz cibinizdə olsun VİDEO


Digərləri 24 İyn 2018 21:09:00 256 0

Rusiyaya getmək istəyənlər, əliniz cibinizdə olsun  VİDEO

Rusiyada keçirilən futbol üzrə dünya çempionatına Azərbaycanda da kifayət qədər maraq var. Bunu nəzərə alan turizm şirkətləri dünya çempionatına özəl tur paketlər hazırlayıblar. Bəzi turpaketlərə dünya çempionatının final matçının da bileti daxildir. Qiymətlər necədir? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, futbol üzrə dünya çempionatının başlaması bütün diqqətləri Rusiyaya yönəldib. Bir-birindən maraqlı və həyəcanlı oyunları ekran qarşısından baxanlarla yanaşı, canlı izləmək istəyənlər də var.

Dünya çempionatına ölkəmizdə də həddindən artıq marağın çox olması turizm şirkətələrini də hərəkətə keçirib. Artıq bəzi turizm şirkətləri dünya çempionatına özəl, 3 gün-2 gecəlik tur paketlər hazırlayıblar.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, Rusiyaya həddindən artıq turist axını qiymətləri nəzərə çarpacaq dərəcədə artırıb. Buna baxmayaraq, dünya çempionatını yerindəcə izləmək üçün Rusiyaya gedən azərbaycanlılar da az deyil.

Ekspert Rəhman Quliyevin sözlərinə görə, dünya çempionatının final biletinin daxil olduğu tur paketlər də var. Bu paketlərin qiymətləri xeyli bahadır.