Ordumuz parada hazırlaşır: Zirehli texnika


Digərləri 24 İyn 2018 21:12:00 347 0

Ordumuz parada hazırlaşır: Zirehli texnika

Ordumuzun 100 illik yubleyi ilə əlaqədar Azadlıq Meydanında keçiriləcək parada hazırlıq işləri tamamlanmaq üzrədir. Artıq möhtəşəm parradda iştirak edəcək türk silahlı qüvvələrinin nümayəndələri də Bakıya gəliblər.Bu gün həmçinin paradın məşqələri də keçirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, müxtəlif növ texnikalar, ən müasir pilotsuz uçuş aparatları və silahlar. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında keçiləcək hərbi parada hazırlıq məqsədi ilə düzülüb.

Ərazidə Azərbaycanordusunun paradda iştirak edəcək canlı qüvvəsi və hərbi texnikasınının yerləşdirilməsi üçün rəngləmə və xətləmə işləri aparılıb. Parad və iştirakçılar barədə plakatlar asılıb.Bu gün səhər saatlarında isə parada hazırlıq məqsədilə həm silahlı qüvvələrin texnikalarının məşqləri keçirilib, həm də Hərbi Hava Qüvvələrinin aviasiya vasitələriBakı buxtası üzrərində uçuşlar həyata keçiriblər.

Keçiriləcək hərbi paradda bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələri iştirak edəcək.Artıq onlar Bakıya gəliblər.