Bu ölkədə imtahanlar vaxtı internet söndürüləcək


Digərləri 24 İyn 2018 21:15:00 366 0

Bu ölkədə imtahanlar vaxtı internet söndürüləcək

Əlcazair hakimiyyəti məktəb imtahanları zamanı ölkədə interneti söndürür. Bu, imtahan vaxtı sualların cavablarını kənar mənbədən köçürməmək üçün görülən tədbirdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu hal iyun ayının 25-nə qədər davam edəcək.

Buna səbəb 2016-cı ildə məktəb imtahanları zamanı şəbəkələrdə imtahan suallarının yayılması olmuşdur. Keçən il hakimiyyət orqanları provayderlərə imtahan vaxtı yalnız sosial şəbəkələrə giriş imkanlarını məhdudlaşdırmaq üçün müraciət etmişdir. Bu məhdudiyyət kifayət etməmişdir.