Kürdəmirdə uşaq tonqal qalayan zaman yanıb


Digərləri 24 İyn 2018 20:46:00 275 0

Kürdəmirdə uşaq tonqal qalayan zaman yanıb

Kürdəmir rayonunda uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 2009-cu il təvəllüdlü yerli sakin Hacıyev Murad İlkin oğlu Atakişili kəndində tonqal qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.