Bəşər Əsəd İradə Zeynalovaya cəngəllik qanunlarından danışdı VİDEO


Dünya 24 İyn 2018 20:48:00 293 0

Bəşər Əsəd İradə Zeynalovaya cəngəllik qanunlarından danışdı  VİDEO

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, ölkədə növbəti təxribatların qarşısını almaq mümkün deyil, çünki "dünya cəngəllik qanunları ilə yaşayır".

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu o, İradə Zeynalovaya müsahibəsində deyib.

Əsəd Suriyada kimyəvi silah tətbiqinin səhnələşdirilməsini təxribat adlandırıb. Onun sözlərinə görə, onların reallıqla heç bir əlaqəsi yoxdur.

"Bu onların şəxsi təxəyyülünün, onların KİV-inin uydurmalarının məhsuludur, hansı ki, onların kütləvi informasiya vasitələrləri vasitəsilə düşünülüb tapılır və sonra internet və başqa media vasitələrilə bütün dünyaya yayılır. Buna görə təxribatların qarşısını almaq" mümkün deyil", - deyə Suriya prezidenti vurğulayıb.