Dəvə əti yemək dəstəmazı pozarmı?


Digərləri 24 İyn 2018 20:15:00 622 0

Dəvə əti yemək dəstəmazı pozarmı?

Bu barədə İslam məzhəbləri və müsəlman alimləri arasında fikir ayrılığı vardır.

Son.az islam.az-a istinadən bildirir ki, cəfəri, hənəfi, şafii və maliki məzhəblərinə görə, dəvə etini yemək dəstəmazı pozmaz. Yalnız hənbəli məzhəbində dəvə ətini yemək dəstəmazı batil edir. Hənbəlilər bu mövzuda əsasən səhabə Bəra ibn Azibin rəvayət etdiyi hədisə əsaslanırlar. Səbəbini bəzi alimlər bu şəkildə izah etmişlər ki, dəvə əti Tövratda Bəni-İsrailə haram edilmişdi. Allah onu Peyğəmbərimizə halal edərkən ehtiyat üçün dəstəmaz almağı vacib buyurmuşdur. Əhli-sünnənin qalan üç məzhəbi bu mövzuda hədislərdəki dəstəmaz hökmünü əlləri yumaq kimi təfsir etmişlər. Qeyd edək ki, hənbəli məzhəbində dəvənin yağını, piyini yemək, südünü içmək dəstəmaza təsir etməz, yalnız ətini yemək dəstəmazı pozar.