“Bacı xəstə qardaşın başı üstündə durandır”


Şou-biznes 24 İyn 2018 20:02:00 356 0

“Bacı xəstə qardaşın başı üstündə durandır”

"Maşın" şouda ulduzu barışmayan ATV-nin aparıcıları Aytən Səfərova ilə İlhamə Bədəlovanın arasında qalmaqal yaşanıb.

Son.az musavat.com-a istinadən bildirir ki,Aytən Səfərova sosial şəbəkədə aparıcı Hacı Nuranın yanına gedib, foto çəkdirənləri qınayıb: "Hacı, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər".

Aytənin sözləri İ. Bədəlovanı özündən çıxarıb. Aparıcı həmkarının cavabını elə sosial şəbəkədə verib: "Xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər. "Baxıram...sanki əsas şəkil çəkdirməkdir e, sən yox..." sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir! Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi  ilədir! Xoş niyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır! Bacı olsaydınız ,gələrdiniz. Allah dostumuza şəfa versin".

Qeyd edək ki, İlhamə Bədəlova ilə Aytən Səfərova arasında şouda dava düşmüşdü. Aytən İlhaməni insanları alçaltmaqda, onlara yuxarıdan aşağı baxmaqda günahlandırmışdı.