Porsche yeni Cayenne EHybrid təqdim edib FOTO


Digərləri 24 İyn 2018 19:30:00 326 0

Porsche yeni Cayenne EHybrid təqdim edib  FOTO

Almaniyanın Porsche şirkəti flaqman yolsuzluq avtomobili Cayenne E-Hybrid-in yeni nəslini təqdim edib. 455-güclü mühərriklə təchiz olunan avtomobil yerindən 100 km/saata 4,7 saniyəyə sürətlənir, maksimal sürət isə 252 km/saatdır.

Son.az auto.az-a istinadən bildirir ki, 2019-cu model ilinə məxsus Porsche Cayenne E-Hybrid yolsuzluq avtomobili 3,0-litrlik V6 mühərrikindən qidalanır və 335 a.g. və 450 Nm-ə malikdir, elektrik mühərriki isə əlavə 134 a.g. 400 Nm verir. Ümumilikdə mühərriklər 455a.g. (462 a.g.) və 700 Nm fırlanma anı verir.

Bundan əlavə, flaqman hibrid yolsuzluq avtomobili Porsche Cayenne E-Hybrid 14,1 kVt/saatlıq akkumulyator dəsti ilə təchiz edilib. Sürət qutusu 8-pilləli avtomat Tiptronic S-dir. O, 100 km məsafəyə 3,2-3,4 litr yanacaq sərf edir (şinlərdən asılı olaraq).

Şirkətdən bildiriblər ki, yeni hibrid yolsuzluq avtomobili Porsche Cayenne E-Hybrid-in akkumulyatorlar blokunun ölçüsü sələfi ilə eynidir. Lakin o, daha yüksək buraxılış və sıx enerji qabiliyyətinə malikdir. Elektrik dartma gücü NEDC (New European Driving Cycle) göstəricisinə əsasən 44 km məsafəyə kifayət edir. Maksimal sürət isə (elektrik dartqıda) 133 km/saatdır.


Xəbərə aid fotolar