Namazda qadının kişiyə iqtida etməsinə icazə verilirmi?


Digərləri 24 İyn 2018 19:15:00 412 0

Namazda qadının kişiyə iqtida etməsinə icazə verilirmi?

Namazda qadının kişiyə iqtida etməsinə icazə verilir. Camaat namazında həm kişilər, həm də qadınlar iştirak edə bilərlər.

Son.az islam.az-a istinadən bildirir ki, qadın həm ailə daxilində öz ərinə, oğluna, qardaşına və ya atasına, həm də camaat namazında yad kişiyə iqtida edə bilər. Lakin bu zaman qadının harada durması əhəmiyyət daşıyır. Camaat namazında kişiyə iqtida edən qadın ondan arxada durmalıdır. Yad imam-camaata iqtida edən qadının, onun görmədiyi yerdə, tam arxada və ya pərdə dalında (iqtida şərtlərini pozmadan) durması məsləhətdir. Lakin imam-camaat hətta qadının məhrəmi olsa belə, namaz zamanı ondan bir qədər arxada dirmalıdır. Belə ki, ən azından qadının səcdə yeri, yəni alnını qoyduğu yer kişinin səcdə zamanı dizlərini qoyduğu yerdən xətt üzrə arxada olmalıdır.