"Hüseyn Əzizoğlu Rozanın oyuncağı idi"


Şou-biznes 24 İyn 2018 18:32:00 340 0

"Hüseyn Əzizoğlu Rozanın oyuncağı idi"

Son.az musavat.com-a istinadən bildirir ki, "Xəzər" televiziyasının aparıcısı Fira Cəlilova suallara cavab verib. Onunla  iştirakçısı olduğu "Maşın" şoudan", keçirdiyi əməliyyatdan və yeni layihəsindən danışılıb:

- "Maşın" şoudan sonra istirahətə yolandınız. Hazırda özünüzü necə hiss edirsiniz?

- Əsəbi, stressi atmaq lazımdır. Orada əsəbləri korlanan çox oldu. Yenidən işə köklənmək üçün dincəlməlisən. Mən də istirahətə yollandım.

- Oyunu tez tərk etdiyiniz üçün təəssüfləndiniz?

- Oyundan tez çıxdığım üçün təəssüfləndim. Hətta, tamaşaçıları qınayırdım ki, niyə mənim əlimi çəkdiyimi dediniz. Bu hadisədən sonra bildim ki, şounu bütün Azərbaycan izləyir.

- Roza Zərgərli belə açıqlama verdi ki, əvvəldən iştirakçılara deyib ki, maşını udub, xeyriyyə üçün xərcləyəcək.

- Mən orda olanda elə söhbət olmayıb. Mən oyunda olanda Roza demişdi ki, iyunun 8-i tədbirim var. 6-sı ya da 7-si  çıxacağam. Xeyriyyə məqsədi olduğunu eşitməmişəm. Demişdi ki, qızımın maşını var, qalib olsam, oğluma verəcəyəm. Səhv etmirəmsə, belə demişdi.

- Sizdən sonra baş verənləri necə dəyərləndirirsiniz?

- Heç  vaxt bütün buraxılışlara baxmamışdım. Ilk dəfə iştirakçı idim deyə həvəsli idim, oyundan çıxandan sonra da izlədim. Içdən görmüşdüm,  kənardan da görmək istəyirdim. Amma görünənlə arxa planda olanlar tam fərqlidir. Veriliş bitəndən sonra hamı elə bilir ki, iştirakçılar yatmağa gedir. Amma elə deyil. Açılış bitdikdən sonra gecə yatmağa getdik. Amma zənglərdən, dəvətlərdən yata bilmədim. Biri zəng elədi ki, mənim adımı çəkmə. Biri otağına dəvət etdi ki, gəl, amma heç kim bilməsin. Günel, Aytən, Roza ayrı-ayrılıqda zəng elədi ki, səninlə danışdığımdan kimsənin xəbəri olmasın. Bilmirdim ki, kimlə  qruplaşım. Mənə dediklərini sirr olaraq saxlayacağam. Onların üçü də müxtəlif oyunlar oynamaq istəyirdi. Hətta, biri olduğu komandaya xəyanət etmək istəyirdi. Kim səsverməyə çıxmaq istəyirdisə, onun şəklini atırdım. Amma hədəflərini soruşmurdum. Roza Günelə deyirdi ki, səninlə dostam. Amma mənə deyirdi ki, şəklimi at, Güneli çıxaracağam. 17 nəfərdən 4-ü mənim şəklimi atdığı üçün şoka düşmüşdüm. Orada bir iştirakçının əyri hərəkətini gözləyirdilər ki, ona qarşı qruplaşsınlar. İlhamə Bədəlova öz əsəblərinə uyğun davranırdı. O 2-3 gün içində hamı ilə pis münasibət yaratdı.  Amma ona qarşı heç kim qruplaşmırdı, güclü rəqib idi.

- İlhamə Bədəlova demişdi ki, rəqib sizi görür.

- Bəlkə də, o da oyun idi. Çoxunu "Maşın"da  tanımışam. İlhamə ilə "Lider"də veriliş aparmışıq. Bəlkə də, mən hədəf deyildim, özü elə deyirdi ki, hədəfi bilinməsin. Mənə güclü rəqib ATV-nin aparıcıları gəlirdi. Düşünürdüm ki, bir kanaldan 4 aparıcı var. Roza demişkən, birləşib, bizi "biçəcəklər".  Qruplaşmadılar, rəqabət apardılar. Çoxu elə bilirdi ki, şoudur, amma əslində həyatda yaşananların əksi idi. Mənə gülməli gələn o idi ki, Mətanətlə Aytənin dueli oldu, bir-birilərini qırdılar, amma əllərini maşından götürmədilər. Dedim, dalaşırsınız, əlinizi maşından çəkin də. Onlar kameraya oynayırdı. Emosiyalara qapılsalar, əllərini çəkərdilər. 

- Şounun axırıncı günü Roza ilə Hüseynin davası oldu. Hətta, Roza Hüseynə meyvə və boşqab atdı. Sizin başınıza gəlsəydi, necə davranardınız?


Xəbərə aid fotolar